Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Zəfərə gedən yolda hər bir günün dəyəri Azərbaycan xalqı üçün əzizdir

0

  •       Bu zəfər yolunda çətinliklərlə yanaşı, çoxdan gözlənilən qürurlu, sevinc dolu anlarımız var. Bu yolda çətinliklər onda idi ki, biz bir düşmənlə yox,ona havadarlıq edərək hər vəcdə zəfərimizə maneə olmağa çalışanlarla mübarizə aparırdıq. Qürurlu idi ona görə ki, dünyanın hər zaman ədalətsizlik mövqe göstərdiyi bu münaqişədə biz təkbaşına mübarizə apararaq zəfər qazanmağı bacardıq.Ermənistan özünün hər zaman məğlubedilməz olduğunu qürrelennib öysədə, bu yalanın acısını Azərbaycan ordusu 44 günlük müharibədə ona günbəgün yaşatdı. Artıq Azərbaycan ordusu misilsiz gücü ilə regionda həlli gecikdirilmiş reallıqları özü yaradırdı. Günbəgün şəhərlərin, rayonların, kəndlərin, qəsəbələrin işğaldan azad olunması xəbəri bütün azərbaycanlıların qəlbində iftixar hissini oyadır, bütün dünyaya gücümüzü göstərirdi.25 oktyabr 2020 - ci il isə Azərbaycanım şanlı tarixi səhvəsine Qubadlı zəfəri kimi yazıldı. Qubadlı-Bərgüşad çayının sol sahilində yerləşən öz təbiətinin zənginliyi ilə fərqlənən, Azərbaycanın tarixi torpağıdır. Erməni vandalizmi isə Qubadlı rayonundanda yan keçməmişdi.Şəhər 1993- cü ilin 31 avqustunda erməni işğalına məruz qalmış, bu işğal nəticəsində 238 nəfər Qubadlı sakini şəhid olmuş, minlərlə Qubadlı sakini öz doğma yurd-yuvalarından didərgin salınmışdır. Maddi və mənəvi irsə malik olan tarixi abidələr dağıdılmış və məhv edilmiş, rayona dəyəri milyardlarla ölçülən zərər dəymişdi. İşğal dövründə Qubadlı meşələri qırılaraq xarici ölkələrə ixrac olunmuş, bununlada Qubadlı təbiətinə kəskin şəkildə ziyan dəymişdi. Qubadlıda işğal dövrü ərzində cəmi 52 nəfər ermənin yaşaması faktı, bir gün bu torpaqların əsl sahibinə qovuşacağı günün gələcəyinin gözləntisi faktı idi.Qubadlının işğaldan azad olunması müharibənin də gedişatına həlledici təsir göstərdi.Nəticədə Laçın rayonunun bir sıra cənub kəndləri işğaldan azad olundu, Laçın dəhlizi ordumuzun nəzarəti altına keçdi. Bununla da ermənilərin Qarabağa silah sursat daşıması prosesi dayandı.Bu gün artıq bütün Qubadlılar Qubadlı zəfərinin ikinci ilini qeyd edir. Artıq Müqəddəs Qubadlı torpağı öz sakinlərini qarşılayır. Bütün işğaldan azad olunan rayonlarımızda olduğu kimi burada da bərpa, quruculuq işləri davamlı istiqamətdə aparılır, Qubadlı özünün ən yüksək inkişaf dövrünə qədəm qoyur.Qubadlı rayonu bizim üçün həmdə ona görə müqəddəsdir ki, o bir qehramlar vətənidir. Qubadlı xalq qəhramanı Qaçaq Nəbinin, Milli qəhrəmanlarımız Əliyar Əliyev, Şükür Həmidov, aprel döyüşlərində, 44 günlük Qarabağ müharibəsində tarix yazan komandan Mayis Bərxudarovun vətənidir. Qubadlının gələcək nəsillər üçün unudulmaz qəhramanlar yetiştireceyi isə heç şübhəsiz deyil!Natəvan Quliyeva,Xocalı rayon Kosalar kənd tam orta məktəbinin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib49 dəfə
    Zəfərə gedən yolda hər bir günün dəyəri Azərbaycan xalqı üçün əzizdir

    Maraqlı gələ bilər
    23
    47